Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib

Sədrin səfərləri
18 oktyabr 2026 | 18:30   

Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.

Bişkek şəhərinin Manas beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini  Qırğızıstan Joqorku Keneşinin (parlament) sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən  və digər rəsmi şəxslər  qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri bir sıra görüşlər keçirəcək,  TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcəkdir.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU