Beynəlxalq forumda

Tədbirlər
23 oktyabr 2026 | 17:00   

Milli Məclisin deputatı Qaya Məmmədov Azərbaycan-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş beyin mərkəzləri forumunda iştirak etmək üçün oktyabrın 26-da Belçikanın Brüssel şəhərinə səfər edəcək.

Forumda deputatımız Azərbaycan və Aİ münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik və Avrasiyada geoiqtisadi əməkdaşlıq mövzularında müzakirələrdə iştirak edəcək.

Səfər oktyabrın 28-də başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU