Beynəlxalq konfransda

Tədbirlər
30 oktyabr 2026 | 08:59   

Milli Məclisin deputatı Gülşən Paşayeva noyabrın 2-də  IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında iştirak etmək üçün Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək.

Konfrans çərçivəsində beynəlxalq və regional təhlükəsizlik, silahlara nəzarət və silahsızlanma, yeni texnologiyaların yaratdığı təhdidlər, iqtisadi inteqrasiya, enerji və ərzaq təhlükəsizliyi, eləcə də qadınların beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində rolu barədə müzakirələr aparılacaq.

Səfər noyabrın 5-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU