MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasında

Tədbirlər
24 noyabr 2026 | 16:29   

Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva və heyətin üzvü Pərvanə Vəliyeva qurumun 27-ci iclasında iştirak etmək üçün noyabrın 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Deputatlarımız tədbirdə MDB-yə üzv dövlətlərdə gənclərin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin prioritet istiqamətləri, gənclər üçün beynəlxalq təcrübə proqramları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin müzakirələrində iştirak edəcəklər.

Səfər noyabrın 28-də başa çatacaq.

            Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU