MİLLİ MƏSLİSİN DEPUTATLARI UKRAYNADA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR
Milli Məclisin deputatları Ukraynada keçiriləcək təkrar parlament seçkilərini müşahidə etmək üçün dekabrın 12-dən 16-dək Kiyev şəhərində səfərdə olacaqlar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının, deputat Rüfət Quliyev isə GUAM Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcək müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.
Milli Məclisin
Mətbuat xidməti