ƏLİLLƏRİN HÜQUQLARI İLƏ BAĞLI KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
11 dekabr 2013 | 05:12   
Paylaşın:        

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Rauf Əliyev “Əlilliyi olan Şəxslərin Hüquqlarına dair Beynəlxalq konvensiyaların icrası: Cənubi Qafqaz ölkələrinin və Moldovanın təcrübəsi; gələcək addımlar” mövzusunda keçiriləcək regional konfransda iştirak etmək üçün dekabrın 11-dən 13-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaqlar.
Konfrans BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisi tərəfindən təşkil olunub. Toplantıda Əlilliyi olan Şəxslərin Hüquqlarına dair Beynəlxalq Konvensiyanın ratifikasiyası ilə bağlı Cənubi Qafqaz ölkələrində və Moldovada həyata keçirilən tədbirlər, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, əməkdaşlığın gələcək inkişaf perspektivləri  barədə fikir mübadiləsi aparılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU