DEPUTATLARIMIZ REGİONAL SEMİNARDA İŞTİRAK EDƏCƏKLƏR
Dekabrın 13-14-də İstanbulda “Hasilat sənayesində parlamentarilərin rolu” mövzusunda regional seminar keçiriləcəkdir. Seminarda Milli Məclisin deputatları Qənirə Paşayeva və Rasim Musabəyov iştirak edəcəklər.
Gəlirlərə Nəzarət İnstitutu və Korrupsiyaya Qarşı Parlamentarilərin Qlobal Şəbəkəsi tərəfindən təşkil olunmuş bu tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Monqolustandan olan parlament üzvləri qatılacaqlar. Seminarda neft, qaz və mədən sahələrində qanun yaradıcılığı və onun tətbiqinə cəlb olunmuş parlament üzvləri arasında təcrübə mübadiləsi aparılacaq, parlamentlərin bu prosesə cəlb olunması imkanları dəyərləndiriləcəkdir.
Tədbirdə Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
Milli Məclisin
Mətbuat xidməti