TÜRKPA NƏQLİYYAT KOMMUNİKASİYALARININ ROLUNA XÜSUSİ ÖNƏM VERİR
Fevralın 11-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının – TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclası oldu. İclası komissiyanın sədr müavini Sevinc Hüseynova aparırdı.
Öncə Qırğızıstan nümayəndə heyətinin üzvü Abdırakhman Mamataliyev “İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu”na dair məruzə layihəsini təqdim etdi. Qeyd olundu ki, regionda davamlı inkişafın təmin edilməsində nəqliyyatın həyati rolu var. Bu baxımdan Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında imzalanmış Türk qardaş limanları haqqında Anlaşma Memorandumu əhəmiyyətli sənəddir. Türkdilli ölkələrin TRASEKA layihəsi çərçivəsindəki fəaliyyətləri də regionda nəqliyyat infrastrukturunun inkişafına töhfə verir. Bu il tikintisi sona çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdiəcək.
Məruzəçi üzv ölkələrin nəqliyyat infrastrukturunun perspektivlərinə dair layihələr barədə də ətraflı məlumat verdi. Yükdaşımalarda logistik sistemin tətbiqi və məlumat sisteminin təkmilləşdirilməsi, türkdilli ölkələr arasında kompleks nəqliyyatın inkişafına nail olunması, həmçinin bununla əlaqədar ətraf mühitin qorunması sahəsində əməkdaşlığın vacibliyi vurğulandı.
İclasda müzakirələr aparıldı və təkliflər bildirildi. Komissiya üzvləri hesabat məruzəsinin layihəsini yekdilliklə təsdiqlədilər. Qırğızıstan deputatı Abdırakhman Mamataliyev TÜRKPA-nın plenar iclasına məruzəçi təyin olundu.
Sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Qismət Gözəlovun çıxışı dinlənildi.
İclasda İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının sədr müavini Sevinc Hüseynova müzakirə olunan mövzuya dair tövsiyə qərarının layihəsi barədə məlumat verdi. Müzakirələrdə Milli Məclisin komitə sədri, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov, eləcə də Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndələri fikirlərini açıqladılar. Rəy və təkliflər dinlənildikdən sonra tövsiyə layihəsi təsdiq olundu.
Toplantıda bir sıra təşkilati məsələlərə də baxıldı. Prosedur qaydalarına uyğun olaraq İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının dördüncü iclasının bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsi qərara alındı. Həmin iclasda alternativ enerji mənbələri məsələsinin müzakirəsi nəzərdə tutuldu.
Bununla da komissiya öz işini başa çatdırdı.

İclas yekunlaşandan sonra tədbir iştirakçıları Ailə fotosu çəkdirdilər.
Milli Məclisin
Mətbuat xidməti