HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
20 fevral 2012 | 05:02   
Paylaşın:        

Fevralın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.
Komitə sədri Əli Hüseynli gündəlikdəki “Cinayət Məcəlləsinə dəyişiklər edilməsi haqqında” qanun layihəsi barədə iclas iştirakçılarına məlumat verdi. Qeyd edildi ki, sənəd ölkə Prezidenti tərəfindən təqdim edilib və milli qanunvericiliyi qoşulmuş olduğumuz bir sıra beynəlxalq konvevsiyalara uyğunlaşdırmağa xidmət edir. Qanuna əlavə edilən maddələrdə hüquqi şəxsələrə tədbiq edilən cinayət  tədbirlərinin əsası, şəraiti, növü və cərimə məbləği öz əksini tapıb.
Deputatlar sənəddə edilən dəyişiklikləri müsbət qiymətləndirdilər. Bildirdilər ki, müstəqil Azərbaycan cinayətkarlığa qarşı mübarizəni prioritet sahə hesab edir və qeyd olunan məsələlər bu istiqamətdə görülən işlərin nəticəsidir. 
Əli Hüseynli gündəlikdəki ikinci məsələ “Narkoloji xidmət və nəzarət haqqında” qanuna dəyişikliklər edilməsi barədə məlumat verdi. Sənədə əsasən bu xidmət dövlət vəsaiti hesabına həyata keçirilir, ona nəzarət isə dəyişikliklərə görə müvafiq icra stukturlarına verilir.
Sonra “Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında” , “Azərbaycan və Bolqarıstan arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında” Saziş lahiyələri müzakirə olunaraq  müsbət dəyərləndirildi.
Sonda qanun layihələri yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU