MİLLİ MƏCLİSDƏ OMBUDSMANIN HESABATI DİNLƏNİLDİ
Martın 4-də Milli Məclisin növbəti iclası keçirildi. Öncə iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərin müzakirəsi zamanı deputatlar bir sıra aktual məsələlərə toxundular. İclasa sədrlik edən Spiker Oqtay Əsədov söylənilən fikirlərə münasibətini bildirdi. Sonra qeyd etdi ki, Azərbaycan parlamentinin 20-dən çox deputatı Xocalı soyqırımının tanıdılması istiqamətində fəaliyyət göstərmək üçün faciənin ildönümü ərəfəsində müxtəlif ölkələrə ezam edilmişdilər.
İclasda Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Elman Məmmədov və Siyavuş Novruzov ezam olunduqları ölkələrdə həyata keçirilən tədbirlər, gördükləri işlər barədə parlamentə məlumat verdilər. Qeyd olundu ki, artıq biz Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıda bilmişik, Xocalıya ədalət istiqamətində fəaliyyəti bundan sonra da davam etdirməliyik. Ziyafət Əsgərov vurğuladı ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasətin və dövlətimizin güclənməsinin nəticəsidir. Deputatlar “Xocalıya ədalət!” kampaniyasının qazandığı uğurlarda Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirdilər. Çıxışlarda dünya ölkələrinin Xocalı soyqırımını tanıyan parlamentlərinə və digər qurumlarına təşəkkür ifadə olundu.
Milli Məclis gündəlikdəki sənədlərin müzakirəsinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinin dinlənilməsi ilə başladı. Ombudsman Elmira Süleymanova öncə Milli Məclisin xanım deputatlarını və bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Bildirdi ki, müvəkkil hər il olduğu kimi, 2013-cü ildə də dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərib. İşini qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurub. Ötən il ombudsmanın ünvanına 13 min 670 müraciət daxil olub. Həmin müraciətlərin 75,8 faizi şikayətlərdən, 24,2 faizi isə ərizələrdən ibarət olubdur. İcraata götürülən müraciətlərin 65,5 faizi təmin edilibdir.
2013-cü ildə İnsan hüquqları üzrə müvəkkilin Aparatında, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2 min 969 şəxs, o cümlədən 525 şəxs təkrar olaraq qəbul edilibdir. Müvəkkilin vəsatəti ilə 18 məhkum əfv olunubdur. İnsan hüquqların məhkəmədənkənar müdafiəsi məqsədi ilə davamlı tədbirlər həyata keçirilib. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadədə böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulmasına qarşı kəsərli tədbirlər görülüb. Müraciət etmək hüququ ilə bağlı alınmış 1.246 müraciət üzrə araşdırmalar aparılıb. Əsasən mülki, iqtisadi və sosial hüquqların pozulmasıyla əlaqədar şikayətlər öz həllini tapıb, müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində pozulmuş hüquqlar bərpa edilibdir.
Elmira Süleymanova nəzərə çatdırdı ki, ötən il 58 şəhər və rayonda seçki hüququna dair silsilə tədbirlər təşkil olunub. MSK ilə birgə Şəki, Gəncə, Cəlilabad, Quba və Füzulidə, ümumilikdə 40 rayon üzrə 54 DSK cəlb olunmaqla seçki hüququnun səmərəli təmin edilməsi və seçki qaydaları ilə bağlı regional maarifləndirmə tədbirləri həyata keçirilib.
Parlamentə illik hesabatında ombudsman bələdiyyələrin və polis orqanlarının işindən narazılıqla bağlı müraciətlərə baxılması, insan hüquqları sahəsində maarifləndirmə, media nümayəndələri ilə əməkdaşlıq, beynəlxalq əlaqələr və digər sahələrdə gördüyü işlər barədə də ətraflı məlumat verdi.
Hesabat dinlənildikdən sonra deputatlar Zahid Oruc, Siyavuş Novruzov, Musa Qasımlı, Fəzail Ağamalı, Qənirə Paşayeva, Fərəc Quliyev, Astan Şahverdiyev, Mübariz Qurbanlı, Sabir Rüstəmxanlı məruzə ətrafında çıxış edərək rəy və təkliflərini bildirdilər. Çıxışları Milli Məclis Sədrinin müavini Bahar Muradova yekunlaşdırdı. Qeyd olundu ki, insan hüquqlarının qorunması sahəsində uğurlu işlər görülüb, hesabat təqdirəlayiqdir.
Müzakirələrdən sonra ombudsmanın illik məruzəsi nəzərə alındı.
Axşam iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini parlamentə təqdim etdi. Məlumat dinlənildikdən sonra 16 maddədən ibarət sənəd səsə qoyuldu və ratifikasiya edildi.
Sonra iclasda “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxıldı. Səsvermə zamanı deputatlar redaktə xarakterli dəyişiklikləri məqbul saydılar.
İclasda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məcəllənin 155-ci, 370-ci, 391-ci, 410-1-ci, 421-ci, 446-cı və 451-ci maddələrinə təklif olunan dəyişiklikləri ətraflı şərh etdi. Bildirildi ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalarla əlaqədar müəyyənləşdirilən yeni qaydalar inzibati xəta haqqında protokolun həmin xətanı törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsi zaman yol hərəkətlərinin təhlükəsizliyinə nəzarəti həyata keçirən subyektlərin sui-istifadə hallarına yol verməsinin qarşısını almaq məqsədilə edilir. Fikir mübadiləsində deputatlar Aqil Abbas, Sahib Alıyev, İlham Əliyev rəylərini, iradlarını bildirdilər. Sonra qanun layihəsi deyilən iradlar nəzərə alınmaq şərti ilə səsə qoyuldu və qəbul edildi.
İclasın yekununda “Akkreditasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Sənəd öncə ikinci oxunuşda əsas kimi səsə qoyularaq qəbul edildi. İqtisadi siyasət komitəsinin sədri “Akkreditasiya haqqında” qanun layihəsinə birinci oxunuşdan sonra edilmiş dəyişikliklər barədə məlumat verdi. Bildirdi ki, layihədə həm texniki xarakterli, həm də mahiyyət üzrə xeyli təkmilləşdirmə aparılıb. Deputatların təklifləri nəzərə alınıb. Bu qanun Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunmasına xidmət edəcək. Ölkəmizə daxil olan malların keyfiyyətinin yüksəldilməsini və beynəlxalq standartlara cavab verməsini, məhsulların keyfiyyətini və rəqabət qabiliyyətinin artırılmasını, mənşəyi məlum olmayan saxtalaşdırılmış malların bazardan çıxarılmasını, ticarətdə texniki maneələrin qarşısının alınmasını, həmçinin Azərbaycanda verilən sertifikatın ölkəmizin ərazisindən kənarda tanınmasını tənzimləyəcək.
Müzakirələrdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Arif Əşrəfov, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı layihəyə dair rəy və təkliflərini bildirdilər. 4 fəsil, 13 maddədən ibarət qanun layihəsi fəsil-fəsil səsə qoyuldu və ikinci oxunuşda bütövlükdə qəbul edildi.
Bununla da Milli Məclisin yaz sessiyasındakı dördüncü iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti