BAKIDA MDB PA-nın BÜDCƏ NƏZARƏTİ KOMİSSİYASININ İCLASI KEÇİRİLƏCƏK
Martın 13-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleyasının Büdcə nəzarəti komissiyasının iclası keçiriləcək.
Tədbirdə komissiyanın 2013-cü ildə fəaliyyətinin yekunları, MDB PA-nın 2014-cü il üçün iş planı, “MDB PA-nın fəaliyyətinin maliyyələşdirilməsi haqqında” qərar layihəsi müzakirə olunacaq, maliyyə və təşkilati məsələlərə baxılacaq.
İclasda həmçinin MDB dövlət başçıları Şurası və hökumət başçıları Şurası tərəfindən qəbul edilmiş dövlətlərarası sənədlərin qüvvəyə minməsi üçün görülən işlər, MDB Gənclər təşkilatının keçirdiyi tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Yığıncaqda Azərbaycan Respublikasının sosial-iqtisadi vəziyyəti, Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi üzrə Beynəlxalq İnstitutun Bakı filialının fəaliyyəti barədə məruzələr dinləniləcək.
Milli Məclisin
Mətbuat xidməti