Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin adından ATƏT PA-nın 23-cü illik sessiyası iştirakçılarının şərəfinə ziyafət verildi
İyunun 30-da Gülüstan sarayında Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin adından ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası iştirakçılarının şərəfinə ziyafət verildi.
Mərasimdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti adından qonaqları səmimiyyətlə salamladı. O, “Helsinki + 40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında işə başlamış ATƏT PA-nın 23-cü illik sessiyasının səmərəli keçəcəyinə inamını ifadə edərək, tədbirin əhəmiyyətini yüksək dəyərləndirdi. Qeyd olundu ki, bu cür tədbirlərin mütəmadi xarakter alması nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan ölkələr arasında ikitərəfli münasibətlərin inkişafına da öz müsbət təsirini göstərir. Əli Əhmədov sessiyanın işində qonaqlara uğurlar diləyərək, şam süfrəsi ətrafında onlara xoş istirahət arzuladı.
Ziyafətdə Azərbaycan incəsənət ustalarının səsləndirdikləri milli musiqi nümunələri qonaqlar tərəfindən heyranlıqla dinlənildi və tədbirə daha xoş ovqat qatdı.
Milli Məclisin
Mətbuat xidməti