DEPUTATIN FİKİRLƏRİ TƏHRİF OLUNUB

Tədbirlər
22 sentyabr 2014 | 03:09   
Paylaşın:        

Son günlər bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin adından belə bir açıqlama yayılıb ki, guya deputat “aldığım maaş mənə çatmır” deyib. Hadi Rəcəbli həmin məlumatı təkzib edib və o xəbəri qərəz kimi dəyərləndirib. Bildirib ki, sosial sahədə uzun illər tədqiqat aparan elmlər doktoru, professor kimi  mən həmişə deyirəm: “Təminatla tələbat düz mütənasibdir. Təminat yaxşılaşdıqca tələbat artır.”
Ucuz sensasiya axtaran bəzi KİV-lər deputatın fikirlərini kontekstdən ayıraraq təhrif etmiş, öz maraqlarına uyğun formada yaymışlar. 

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU