ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
30 sentyabr 2014 | 11:09   
Paylaşın:        

Sentyabrın 29-da Milli Məclisin Elm və təhsil komitəsi payız sessiyasında ilk iclasını keçirdi.
Gündəlikdəki hər üç məsələni komitə sədri Şəmsəddin Hacıyev təqdim etdi. Öncə 2014-cü ilin yaz sessiyası ərzində görülən işlərdən danışdı. Bildirdi ki, komitə üzvləri parlamentin qanunvericilik fəaliyyətində yaxından iştirak edib, beynəlxalq tədbirlərdə fəallıq göstərib, yerlərdə seçicilərlə sıx əlaqə saxlayıblar. Həmin müddətdə komitəyə daxil olan 96 ərizənin 50-dən çoxu baxılmaq üçün müxtəlif qurumlara göndərilib.
Sonra deputatların nəzərinə çatdırıldı ki, payız sessiyasının iş planında “Elm haqqında” qanun layihəsinin Milli Məclisə təqdim olunması, həmçinin komitəyə daxil olan digər qanun layihələrinə baxılması nəzərdə tutulub. “Elm haqqında” qanun layihəsinin hazırlanmasının gedişatı barədə danışan Şəmsəddin Hacıyev indiyədək görülmüş işlərdən geniş söhbət açdı.
Müzakirələrdə “Elm haqqında” qanunun vacibliyi dönə-dönə vurğulandı. Komitə üzvləri bu qanunla yanaşı ümumi orta təhsil, peşə təhsili və ali təhsil haqqında qanunların da tezliklə hazırlanması zərurətini qeyd etdilər.
Gündəlikdəki məsələlərlə bağlı rəy və təkliflərini bildirən komitə sədrinin müavini Bəxtiyar Əliyev, deputatlar Abel Məhərrəmov, Musa Qasımlı, Əhməd Vəliyev yaz sessiyasında görülən işləri müsbət dəyərləndirdilər. İclasda komitənin payız sessiyasına dair iş planı təsdiqləndi.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU