Arxiv

21.09.20

MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.
ətraflı

21.09.20

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİ ÖTƏN SESSİYALARDA SƏMƏRƏLİ FƏALİYYƏT GÖSTƏRİB

Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev yeni sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, işlərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, iclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabata və payız sessiyası üçün iş planının layihəsinə baxılacaq. Komitə sədri qeyd etdi ki, ölkəmizdə COVİD 19 pandemiyası ilə bağlı mübarizədə Milli Məclis  çox böyük işlər gördü. 
ətraflı

21.09.20

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Sentyabrın 21-də  Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası  keçirildi. Komitənin sədri Bəxtiyar Əliyev  bildirdi ki,  gündəliyə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” sənədin müzakirəsi  daxil edilib. 
Qanun layihəsinə  təklif olunan  dəyişiklikləri ətraflı şərh  edən  Bəxtiyar Əliyev  qeyd etdi ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.

ətraflı

18.09.20

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ ÖTƏN SESSİYALARIN HESABATI VERİLİB, PAYIZ SESSİYASININ İŞ PLANINA BAXILIB

Sentyabrın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.
ətraflı

18.09.20

SƏHİYYƏ KOMİTƏSİNDƏ

Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, onlara qanunvericilik fəaliyyətində uğurlar arzuladı və gündəliyi təqdim etdi. 

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi