Arxiv

07.09.20

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Sentyabrın 7-də  Milli Məclisin  Elm və  təhsil komitəsinin  onlayn  iclası  keçirildi. 
Onlayn iclası idarə edən komitə  sədri  Bəxtiyar Əliyev  həmkarlarına qarşıdan gələn payız  sessiyasında  uğurlar  arzuladı. Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik  işləri planı müzakirə  edildi. Bəxtiyar Əliyev  payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışdı. Qeyd  edildi ki, qarşıdakı sessiyada komitədə  “Ali təhsil haqqında”  qanun layihəsi  hazırlanacaq, digər  vacib  qanunlar  üzərində iş  davam  etdiriləcək. İclasda komitənin iş planı təsdiqləndi. 

ətraflı

05.09.20

Milli Məclisin Sədri Sahibə Qafarova Şəmkir rayonundan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib.

Milli Məclisin Sədri Sahibə Qafarova Milli Məclisin deputatı seçildiyi Şəmkir rayonundan ali təhsil müəssisələrinə cari ildə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş abituriyentlərlə videokonfrans formatında görüş keçirib. Abituriyentləri əldə etdikləri uğurlu nəticələr münasibətilə təbrik edən Milli Məclisin Sədri qeyd edib ki, müdavimlərin əldə etdikləri bu yüksək nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, təhsil sahəsində reallaşdırılan tədbirlərin parlaq nəticələridir. "Bu nailiyyət həmçinin sizin illərlə çəkdiyiniz əziyyətin, əzmkarlığınızın nümunəsidir. Eyni zamanda, sizin yaxşı təhsil almağınız, ali məktəblərə qəbul olunmağınız üçün zəhməti olan, sizə qayğı göstərən, sizi öyrədən müəllimlərinizin əməyinin bəhrəsidir.
ətraflı

05.09.20

AZƏRBAYCAN-PAKİSTAN PARLAMENT SƏDRLƏRİNİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜ OLUB

Bu gün Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının Sədri cənab Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib.
Pakistan Senatı Sədrinə görüş təşəbbüsü üçün təşəkkürünü bildirən Sahibə Qafarova bildirib ki, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür. Milli Məclisin spikeri xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.

ətraflı

27.08.20

PARLAMENTİN GÖRÜŞ VƏ İCLAS SALONLARINA ADLAR VERİLDİ

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb. 

ətraflı

20.08.20

AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Avqustun 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn formatda görüşü keçirilib.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi