Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatı dinlənilib

23 aprel 2021  18:22

Aprelin 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Nurlan Həsənov, Hikmət Məmmədov, Cavid Osmanov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov seçiciləri narahat edən məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

Milli Məclisin plenar iclasında

13 aprel 2021  17:21

Aprelin 13-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.