Milli Məclisin plenar iclasında

13 aprel 2021  17:21

Aprelin 13-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

Milli Məclisin iclasında

02 aprel 2021  19:03

Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Fazil Mustafa, Ceyhun Məmmədov, Zahid Oruc, Şahin Seyidzadə, Bəhruz Məhərrəmov, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə və Aqil Abbas bir sıra aktual məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.