Ana səhifə  /  XƏBƏRLƏR
472

Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu" mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.

22 iyul 2026    15:42
378

Deputatlarımız Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər

Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, həmçinin Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Ağalar Vəliyev və Heydər Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər edəcəklər.

17 iyul 2026    10:41
326

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

İyulun 15-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev IV Şuşa Qlobal Media Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü Kristian Avqustin Nikulesku Tsıqırlaş ilə görüşüb.

15 iyul 2026    18:35
299

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

İyulun 14-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Britaniya Parlamentinin üzvü, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüblər.

14 iyul 2026    18:03
361

Koreya Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub

Milli Məclis sədrinin müavini Musa Qasımlı iyulun 14-də ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Man Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

14 iyul 2026    17:32
366

Milli Məclisin sədri Sahibə Qafarova Qətər Dövlətinə səfər edib

İyulun 14-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti Qətər Dövlətinin sabiq Əmiri, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə Azərbaycan Hökuməti adından başsağlığı vermək məqsədilə bu ölkəyə səfər edib.

14 iyul 2026    16:47
873

Milli Məclisin iclasında

İyulun 13-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

13 iyul 2026    18:11
921

Milli Məclisin iclasında

İyulun 10-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

10 iyul 2026    19:14
518

Aqrar siyasət komitəsinin iclasında

İyulun 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasın gündəliyinə səkkiz məsələ daxil edilib.

10 iyul 2026    17:44
430

Milli Məclisin sədri Sahibə Qafarova “Rəqəmsal İdarəetmə üzrə Parlament Dialoqu” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbirdə çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova WSIS Forum 2026 çərçivəsində Parlamentlərarası İttifaq, Birlik Parlament Assosiasiyası və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə təşkil olunan, Beynəlxalq Telekommunikasiya İttifaqının ev sahibliyi etdiyi “Rəqəmsal İdarəetmə üzrə Parlament Dialoqu” mövzusunda keçirilən yüksək səviyyəli dialoqda iştirak edib.

10 iyul 2026    15:06
456

Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirə keçirilib

İyulun 9-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkilatçılığı ilə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirə keçirilib.

09 iyul 2026    19:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.