Ana səhifə  /  XƏBƏRLƏR
983

Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdədir. Avqustun 6-da səfər çərçivəsində Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

06 avqust 2021    13:51
551

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.

02 avqust 2021    16:54
914

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

31 iyul 2021    14:27
1124

Milli Məclisin sədri Sahibə Qafarova "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb

İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb. Spiker Sahibə Qafarova qaziləri salamlayaraq deyib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşmək qürurvericidir.

17 iyul 2021    17:45
594

Milli Məclisdə görüş

İyulun 12-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşüblər.

12 iyul 2021    18:25
457

Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

İyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

12 iyul 2021    15:15
1522

Milli Məclisin iclasında

İyulun 2-də Milli Məclisin növbədənkənar sessiya çərçivəsində daha bir iclası keçirilib. İclasa başlamazdan əvvəl, Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri barədə məlumat verib.

02 iyul 2021    19:01
1297

Komitələrin birgə iclasında

İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.
İclasda Mülki Prosessual, İnzibati Prosessual məcəllələrində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə 3 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

01 iyul 2021    19:07

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.