Ana səhifə  /  XƏBƏRLƏR
402

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində

Sentyabrın 24-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik etdi, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.

24 sentyabr 2020    17:07
292

Sahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək"

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdü.

23 sentyabr 2020    16:55
768

Aqrar siyasət komitəsinin iclasında

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Tahir Rzayev həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

22 sentyabr 2020    16:44
544

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

21 sentyabr 2020    16:40
463

Gənclər və idman komitəsi ötən sessiyalarda səmərəli fəaliyyət göstərib

Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev yeni sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, işlərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, iclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabata və payız sessiyası üçün iş planının layihəsinə baxılacaq. Komitə sədri qeyd etdi ki, ölkəmizdə COVİD 19 pandemiyası ilə bağlı mübarizədə Milli Məclis çox böyük işlər gördü.

21 sentyabr 2020    16:32
343

Elm və təhsil komitəsində

Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi. Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” sənədin müzakirəsi daxil edilib.

21 sentyabr 2020    16:30
375

Səhiyyə komitəsində

Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi.

18 sentyabr 2020    16:26
526

Mədəniyyət komitəsində

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öncə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi. Vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Milli Məclisin Sədri xanım Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir.

17 sentyabr 2020    16:19
406

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsin iclasında

Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzuladı. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi.

15 sentyabr 2020    15:39
840

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir etdi.

14 sentyabr 2020    15:33

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.