Ana səhifə  /  XƏBƏRLƏR
167

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI KEÇİRİLƏCƏK

Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

25 yanvar 2020    12:01
150

AŞPA-NIN SEÇKİÖNCƏSİ MİSSİYASI MİLLİ MƏCLİSDƏ

Yanvarın 23-də Milli Məclis Sədrinin müavini Bahar Muradova fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün AŞPA-da yaradılmış xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü.

23 yanvar 2020    04:01
164

MİLLİ MƏCLİSDƏ AŞPA-nın ÖLKƏMİZDƏ PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ MİSSİYASI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Yanvarın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşü oldu. Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Sevinc Fətəliyeva qonaqlara parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açdı.

23 yanvar 2020    04:01
151

DEPUTATLARIMIZ ÖZBƏKİSTANDA PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

18 dekabr 2019    12:12
147

MOSKVADA HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.

10 dekabr 2019    11:12
141

AŞPA-NIN BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

06 dekabr 2019    04:12
146

AVRONEST PA-nın SESSİYASINDA

Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

06 dekabr 2019    02:12
188

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün Milli Məclisin deputatı Sahibə Qafarova dekabrın 1-dən 5-dək, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə dekabrın 2-dən 4-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

29 noyabr 2019    02:11
144

AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.

26 noyabr 2019    05:11
177

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Noyabrın 25-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazaxıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Serjan Abdıkərimovla görüşdü. ***Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Fransa Parlamentinin deputatı Karolin Janvienin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

25 noyabr 2019    05:11
141

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Adil Əliyev və deputat Naqif Həmzəyev “Prezidentlik İnstitutu: Qazaxıstan modeli” mövzusunda keçiriləcək beynəlxalq parlament konfransda, iştirak etmək üçün noyabrın 26-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.

25 noyabr 2019    04:11
151

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 25-dən 30-na kimi Fransanın Strasburq şəhərində səfərdə olacaq.*** Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev noyabrın 24-25-də İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq.

21 noyabr 2019    04:11
152

DEPUTATIMIZ YUNANISTANDA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının fakt araşdırma missiyasının tədbirlərində iştirak etmək üçün noyabrın 20-də Yunanıstanın paytaxtı Afina şəhərinə səfər edəcək.

19 noyabr 2019    11:11
160

DEPUTATIMIZ RUSİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Mixail Zabelin Rusiya Dövlət Dumasının təşkilatçılığı ilə “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyalar və blokların qarşılıqlı əlaqələrinin rolu” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 18-dən 23-dək Moskvada səfərdə olacaq.

18 noyabr 2019    12:11
157

QDİƏT PM BAŞ ASSAMBLEYASININ 54-cü PLENAR İCLASINDA

Noyabrın 19-21-də Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 54-cü plenar iclası keçiriləcək. Tədbirdə QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri İlham Əliyev, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə, Əflatun Amaşov iştirak edəcəklər.

15 noyabr 2019    05:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.