Ana səhifə  /  XƏBƏRLƏR
144

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda keçiriləcək beynəlxalq konfransda, ənənəvi şəhər bayramında və 2-ci beynəlxalq incəsənət festivalında iştirak etmək üçün iyulun 25-dən 28-dək Latviyanın Qulbene şəhərində səfərdə olacaq.

23 iyul 2019    12:07
162

Sofio KATSARAVA: “BİZ BÜTÜN MƏSƏLƏLƏRİ DOSTLUQ VƏ ƏMƏKDAŞLIQ ŞƏRAİTİNDƏ HƏLL ETMƏYƏ QADİRİK.”

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşdülər. Nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edirdi.

15 iyul 2019    03:07
148

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQ

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul – çevriliş cəhdinin qarşısının alınmasının 3-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün iyulun 14-də Ankaraya səfər edəcəklər.

12 iyul 2019    05:07
159

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyulun 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakla görüşdü.

05 iyul 2019    02:07
183

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyulun 3-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun İran İslam Şurası Məclisinin nümayəndə heyəti ilə görüşü oldu.

03 iyul 2019    06:07
138

ATƏT PA-nın 28-ci İLLİK SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Tahir Mirkişili, Kamran Nəbizadə, Ülviyyə Ağayeva və Elşad Həsənov ATƏT Parlament Assambleyasının 28-ci illik sessiyasında iştirak etmək üçün iyulun 3-dən 9-dək Lüksemburqda səfərdə olacaqlar.

02 iyul 2019    04:07
148

PARLAMENTARİZMİN İNKİŞAFINA HƏSR OLUNMUŞ FORUMDA

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Parlamentarizmin inkişafı” adlı II Beynəlxalq forumda iştirak etmək üçün iyunun 30-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.

28 iyun 2019    11:06
140

DEPUTATIMIZ NATO-NUN TANITIM PROQRAMINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.

28 iyun 2019    03:06
141

AŞPA-NIN YAY SESSİYASI KEÇİRİLƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.

21 iyun 2019    03:06
124

DEPUTATIMIZ KOREYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-dən bu ölkənin paytaxtı Seulda səfərdə olacaq.

21 iyun 2019    02:06
155

QADIN SİYASİ LİDERLƏRİN SAMMİTİNDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək.

21 iyun 2019    02:06
164

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva 18-21 iyun tarixlərində Azərbaycanda fakt araşdırıcı səfərdə olan Avropa Şurasının Baş layihə rəhbəri Naomi Trevinnardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

19 iyun 2019    06:06
133

DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

18 iyun 2019    12:06
150

BÖYÜK AZƏRBAYCAN ŞAİRİ NƏSİMİ SERBİYADA ANILACAQ

Milli Məclisin deputatı Cavanşir Feyziyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak etmək üçün iyunun 18-də Serbiyanın paytaxtı Belqrada səfər edəcək.

18 iyun 2019    05:06
148

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iyunun 19-da Avstriyanın Vyana şəhərində “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

14 iyun 2019    06:06
172

İSPANİYA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

İyunun 13-də Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu ölkənin xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.

13 iyun 2019    03:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.