Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
422

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 15 məsələ daxil edilib.

19 yanvar 2023    15:20
367

Milli Məclisin 2023-cü ilin yaz sessiyasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası keçirilib

Yanvarın 18-də Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və qanun layihələrinin daxil edildiyini deyib.

18 yanvar 2023    17:27
278

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, yeni sessiyanın səmərəli keçməsini arzulayıb.

18 yanvar 2023    15:30
344

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 28-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə iki məsələnin - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə üçüncü oxunuşda olan qanun layihələrinin daxil edildiyini bildirib.

28 dekabr 2022    15:46
391

Əmək və sosial siyasət komitəsinin iclasında

Dekabrın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə bir məsələ - “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

26 dekabr 2022    16:34
273

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 23-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə iki məsələ - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

23 dekabr 2022    18:17
392

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Dekabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 1 məsələ - “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi (birinci oxunuş) daxil edilib.

22 dekabr 2022    17:56
306

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə 2 məsələ daxildir.

21 dekabr 2022    15:14
270

Aqrar siyasət komitəsinin iclasında

Dekabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

20 dekabr 2022    15:19
313

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Dekabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 14 məsələ daxil edilib və birinci 4 məsələ birinci oxunuşda, qalan 10 məsələ isə ikinci və üçüncü oxunuşda olan qanun layihələridir.

19 dekabr 2022    18:28
238

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

19 dekabr 2022    12:26
352

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı müzakirə edilib

Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatının müzakirəsi daxil edilib.

15 dekabr 2022    17:43
345

Komitələrin birgə iclasında

Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

07 dekabr 2022    17:19
312

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Dekabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.

05 dekabr 2022    17:49

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.