Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
1154

Milli Məclisdə postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

21 sentyabr 2021    14:12
969

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib. Spiker Sahibə Qafarova həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.

18 avqust 2021    19:15
1207

Milli Məclisin sədri Sahibə Qafarova "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb

İyulun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilərdən ibarət "Qarabağ Ampute Futbol Klubu"nun üzvləri ilə görüşüb. Spiker Sahibə Qafarova qaziləri salamlayaraq deyib ki, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıqlarını itirmiş qəhrəman insanlarımızla görüşmək qürurvericidir.

17 iyul 2021    17:45

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.