"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 2, maddə 88; 2001, No– 11, maddələr 669, 676; 2002, No– 1, maddə 2, No– 5, maddələr 237, 243; 2006, No– 6, maddə 478; 2007, No– 8, maddə 756, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602, No– 8, maddə 701; 2009, No– 7, maddə 519; 2010, No– 3, maddə 171; 2013, No– 3, maddə 229) 11-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci hissədə “pasportunun surətini” sözləri “pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı,” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu qaydada müraciət edə bilərlər.”.

2. Üçüncü hissədə “əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi” sözləri “əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları” sözləri ilə, “qəbul edən tərəfə” sözləri “müraciət edən şəxsə” sözləri ilə əvəz edilsin.

3. Altıncı hissənin birinci cümləsinə “qəbul edən tərəf” sözlərindən sonra “və ya şəxs özü” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:
“BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 oktyabr 2014-cü il
No– 1056-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU