"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 740; 2002, No– 12, maddə 706; 2003, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1047; 2009, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519, No– 12, maddə 947; 2010, No– 4, maddə 276, No– 6, maddə 485, No– 10, maddə 840, No– 11, maddə 939; 2011, No– 1, maddə 12, No– 4, maddələr 245, 264, No– 11, maddə 985, No– 12, maddə 1100; 2012, No– 1, maddə 4, No– 6, maddələr 508, 518, No– 7, maddə 646, No– 10, maddə 947, No– 12, maddələr 1216, 1227, 1229; 2013, No– 3, maddə 213, No– 5, maddə 474, No– 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, No– 12, maddələr 1485, 1504; 2014, No– 1, maddə 6, No– 5, maddə 468, No– 6, maddələr 603, 605, No– 7, maddələr 774, 780, No– 11, maddələr 1345, 1370; 2015, No–12, maddə 1432; 2016, No– 1, maddələr 15, 36, No– 4, maddə 630, No– 5, maddə 849, No– 6, maddə 1014, No– 10, maddə 1605, No– 11, maddələr 1753, 1776, 1780, 1790, No– 12, maddələr 2006, 2051; 2017, No– 3, maddələr 337, 341; Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 615-VQD nömrəli, 25 aprel tarixli 642-VQD və 650-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci maddənin birinci bəndinə “orqanları” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar” sözləri, ikinci bəndinə “hüquqi” sözündən sonra “(müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. .2-ci maddədə “icra hakimiyyəti orqanları” sözləri “dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar” sözləri ilə əvəz edilsin;

1.3. 2.0.17-ci maddədə “küçə reklamının yerləşdirilməsinə birdəfəlik” sözləri “açıq məkanda reklam yerləşdirilməsinə” sözləri ilə əvəz edilsin;

1.4. 6-cı maddənin adında “orqanların” sözü “subyektlərin” sözü ilə əvəz edilsin;

1.5. .2-ci maddəyə “orqanının” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin;

1.6. 31.3-cü maddə ləğv edilsin;

1.7. aşağıdakı məzmunda 33-1-ci və 33-2-ci maddələr əlavə edilsin:
“Maddə 33-1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi
 
Dövlət rüsumu tutulmalı olan hərəkətlər - Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi 
Dövlət rüsumunun məbləği - 5 manatdan - 100 manatadək

Maddə 33-2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri
33-2.1. Açıq məkanda sosial reklamın yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumu ödənilmir.
33-2.2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının (icazənin müddəti, reklam daşıyıcısının növü və quraşdırıldığı zonası nəzərə alınmaqla) bir kvadrat metr üçün müəyyən etdiyi dövlət rüsumu ödənilir.”.
Maddə 2. Bu Qanun 2017-ci il avqustun 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2017-ci il
No– 756-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU