"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 8-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 10, maddə 710; 2001, No– 9, maddə 576, No– 11, maddə 675; 2003, No– 1, maddə 16; 2005, No– 4, maddə 278, No–8, maddə 684, No– 10, maddə 908; 2007, No– 11, maddələr 1049, 1053; 2008, No– 8, maddə 699; 2009, No– 7, maddə 517, No– 8, maddə 611; 2010, No– 4, maddə 265; 2013, No– 3, maddə 216; 2014, No– 2, maddə 79, No– 11, maddə 1359) aşağıdakı dəyişikliklər edilsin:

1. 31.3-cü maddə üzrə:
1.1. birinci cümlədə “Bu maddədə müəyyən olunmuş” sözləri “Aşağıda göstərilən” sözləri ilə, cümlənin sonunda isə nöqtə işarəsi iki nöqtə işarəsi ilə əvəz edilsin;
1.2. ikinci cümlə ləğv edilsin.

2. Aşağıdakı məzmunda 31.3-1-ci maddə əlavə edilsin:
“31.3-1. Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 may 2018-ci il
No– 1101-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU