TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA
Aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilmişdir.
İclasda Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarından daxil olmuş müraciətlərə baxılaraq, bəzi kəndlərin tarixi adlarının bərpa edilməsi və bir sıra eyniadlı kəndlərin adlarının dəyişdirilməsi məsələsi müzakirə olunmuşdur.
Komissiyanın qərarı ilə 18 kəndin tarixi adı özünə qaytarılmış, 13 eyniadlı kəndin adları isə dəyişdirilmişdir.
Milli Məclisin
Mətbuat xidməti