İntizam komissiyasının iclasında
Fevralın 1-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasa moderatorluq edən komissiya üzvü Səttar Möhbalıyev deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə görə, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında İntizam komissiyasının tərkibi yenidən formalaşdırılıb.
Toponimiya Komissiyasının iclasında
Oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib. Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
Aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Milli Məclisin İntizam komissiyasının iclasında
Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə Milli Məclisin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlərə dair məlumata baxılması nəzərdə tutulub.
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.
Milli Məclisin İntizam komissiyasında
Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən İntizam komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə “Milli Məclisin İntizam komissiyasının 2020-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlər barədə” məsələyə baxılması nəzərdə tutulub.
Toponimiya Komissiyasının iclasında
Noyabrın 13-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.
Milli Məclisin İntizam komissiyasında
Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.
Milli Məclisin İntizam komissiyasının iclası keçirilmişdir
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.
MİLLİ MƏCLİSİN İNTİZAM KOMİSSİYASINDA
Mayın 6-da Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Komissiyanın sədri Eldar İbrahimov iclasda Milli Məclisin İntizam komissiyasının fəaliyyət istiqamətlərinin müzakirə olunacağını qeyd edib.Bildirilib ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir.
TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA
Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilmişdir. İclasda təşkilatı məsələlərə baxılmışdır.İlk iclasa sədrlik edən Komissiyanın üzvü Nizami Cəfərov “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq birinci iclasda Komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirmişdir.
TÜRKPA-NIN İQTİSADİ ƏMƏKDAŞLIQ KOMİSSİYASININ İCLASI KEÇİRİLDİ
Aprelin 8-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TÜRKPA Katibliyinin əməkdaşları iştirak edirdilər.
TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA
Dekabrın 4-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının növbəti iclası keçirildi. Komissiyanın sədri, akademik İsa Həbibbəyli bildirdi ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olmuşdur.
MİLLİ MƏCLİSİN İNTİZAM KOMİSSİYASININ İCLASINDA
Dekabrın 27-də Milli Məclisin Sədri cənab Oqtay Əsədovun tapşırığı ilə Milli Məclisin İntizam komissiyasının iclası keçirildi. İclası açan komissiya sədri Ağacan Abıyev deputat Astan Şahverdiyevin dekabrın 23-də “Azadlıq” radiosuna verdiyi müsahibənin kütləvi informasiya vasitələrində və ictimaiyyətdə geniş rezonans doğurduğunu söylədi.
MİLLİ MƏCLİSİN DEPUTATI MDB PA-NIN KOMİSSİYA İCLASLARINDA İŞTİRAK EDƏCƏK
Oktyabrın 15-16-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri, Hüquqi məsələlər, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, həmçinin Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin deputatı Elton Məmmədov iştirak edəcəkdir.
TOPONİMİYA KOMİSSİYASININ İCLASINDA
Aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilmişdir.