İntizam komissiyasının iclasında

Komisiya iclasları
02 fevral 2026 | 16:10   

Fevralın 2-də VII çağırış Milli Məclisin yaz sessiyasında yenidən formalaşdırılmış İntizam komissiyasının ilk iclası keçirilib. İclasa sədrlik edən komissiya üzvü Hikmət Məmmədov komissiyanın sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini irəli sürüb.

Səsvermə nəticəsində deputat Eldar İbrahimov komissiyanın sədri seçilib. Komissiya sədrinin təklifinə əsasən, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.

Tədbirdə çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov yenidən ona göstərilən etimada görə təşəkkürünü bildirib və komissiya üzvlərinə uğurlar arzulayıb.

İclasda komissiya üzvləri Nizami Səfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Kamaləddin Qafarov iştirak ediblər.

 

 Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU