İntizam komissiyasının iclasında

Komisiya iclasları
03 fevral 2025 | 16:55   

Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

Səsvermə nəticəsində deputatlar - Eldar İbrahimov komissiyanın sədri, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.

İclasda komissiya üzvləri Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Məlahət İbrahimqızı iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU