MİLLİ MƏCLİSİN İNTİZAM KOMİSSİYASINDA

Komisiya iclasları
06 may 2020 | 05:05   
Paylaşın:        
Mayın 6-da Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Komissiyanın sədri Eldar İbrahimov iclasda Milli Məclisin İntizam komissiyasının fəaliyyət istiqamətlərinin müzakirə olunacağını qeyd edib.
Bildirilib ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir.
Komissiyanın sədri Eldar İbrahimov diqqətə çatdırıb ki, komissiyanın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün yeni Əsasnamə hazırlanıb. Əsasnamə layihəsi hazır olanda müzakirəyə təqdim ediləcək.
İclasda çıxış edən komissiyanın katibi, deputat Nurlan Həsənov bildirib ki, İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapmışdır. Əsasnamə  hazırlanarkən beynəlxalq təcrübədən,  əsasən isə  Almaniya təcrübəsindən istifadə olunub. 
Sonra çıxış edən komissiya üzvləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Nəsib Məhəməliyev, Nizami Səfərov, Məşhur Məmmədov, Afət Həsənova yeni Əsasnamə barədə təkliflərini verdilər, prosesin sürətləndirilməsinin vacibliyini vurğuladılar.
Bununla da Milli Məclisin İntizam  komissiyasının iclası başa çatıb.

Milli Məclis Aparatının
Mətbuat və ictimaiyyətlə
 əlaqələr şöbəsi       


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU