MİLLİ MƏCLİSİN DEPUTATI MDB PA-NIN KOMİSSİYA İCLASLARINDA İŞTİRAK EDƏCƏK

Komisiya iclasları
13 oktyabr 2015 | 03:10   
Paylaşın:        
Oktyabrın 15-16-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri, Hüquqi məsələlər, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi, həmçinin Mədəniyyət, informasiya, turizm və idman məsələləri üzrə daimi komissiyalarının iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin deputatı Elton Məmmədov iştirak edəcəkdir.
Tədbirlərdə “MDB iştirakçısı olan dövlətlər üçün dövlət və bələdiyyə qulluğu haqqında model Məcəllə layihəsi”, həmçinin “Sahibkarlıq haqqında”, “Yerli hakimiyyət orqanlarının sərhədyanı əməkdaşlıqda iştirak qaydası haqqında”, “İctimai nəzarətin əsasları haqqında”, “Elektron hökumət haqqında”, “Elektron sənədlərin transsərhəd informasiya mübadiləsi haqqında”, “Sosial-mədəni yaradıcılıq haqqında” və digər model qanun layihələri müzakirəyə çıxarılacaqdır.
Səfər çərçivəsində Yeni çağırış və təhdidlərə qarşı mübarizə və təhlükəsizlik sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə MDB PA-nın birləşmiş komissiyasının da iclası keçiriləcək, bu mövzuda müzakirələr aparılacaqdır.
Deputat Elton Məmmədov müzakirə olunacaq qanun layihələri barədə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU