Milli Məclisin iclasında

02 aprel 2021  19:03

Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Fazil Mustafa, Ceyhun Məmmədov, Zahid Oruc, Şahin Seyidzadə, Bəhruz Məhərrəmov, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə və Aqil Abbas bir sıra aktual məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib

16 mart 2021  18:00

Martın 16-da Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir...

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.