Ana səhifə  /  XƏBƏRLƏR
45

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı, Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə Parlamentlərarası Sədrlər Konfransının 2-ci iclasında iştirak etmək üçün avqustun 25-də Kamboca Krallığının paytaxtı Pnompen şəhərinə səfər edəcək.

24 avqust 2026    12:27
174

Parlamentlərarası İttifaqın tədbirində

Avqustun 12-də Parlamentlərarası İttifaqın (PAİ) təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Daha gənc və fərqli tərkibli parlamentlərin qurulması” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

12 avqust 2026    18:40
203

Beynəlxalq konfransda

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və parlamentin deputatı Vüqar Rəhimzadə avqustun 13-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

12 avqust 2026    13:41
248

Milli Məclisdə görüş

Avqustun 7-də Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının ölkəmizdə səfərdə olan Baş katibi Ek Nat Dakal və təşkilatın Beynəlxalq əməkdaşlıq üzrə direktoru Hajime Saito ilə görüş keçirilib. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

07 avqust 2026    13:50
347

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyanın Xarici İşlər İnstitutunda çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər İnstitutunda keçirilən tədbirdə iştirak edib. Tədbirə Efiopiyanın dövlət və hökumət qurumlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən alim və ekspertlər, elmi ictimaiyyətin nümayəndələri və tələbələr qatılıblar.

30 iyul 2026    14:47
411

Milli Məclisdə parlamentlərarası münasibətlər müzakirə olunub

İyulun 28-də Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

28 iyul 2026    16:03
526

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində müzakirəyə çıxarılmış qanun layihəsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində H.R. 9087 saylı qanun layihəsinin müzakirəsi zamanı 2026-cı il iyulun 22-də ölkəmiz əleyhinə irəli sürülmüş düzəlişləri və əsassız ittihamları qətiyyətlə rədd edir.

24 iyul 2026    16:52

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.