Ana səhifə  /  XƏBƏRLƏR
933

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin Slovakiya Respublikasına oktyabrın 7-dən 9-dək davam etmiş rəsmi səfəri barədə qısa məlumat verib.

11 oktyabr 2021    19:04
298

NATO PA-nın tədbirində

Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının (PA) 67-ci illik sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirak edəcək.

07 oktyabr 2021    10:13
718

Mədəniyyət komitəsinin iclasında

Oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib. Komitənin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılacaq.

06 oktyabr 2021    16:40
296

Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

Oktyabrın 6-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Avropa Şurası Daxili Nəzarət Direktoratlığının Qiymətləndirmə şöbəsinin mütəxəssisləri Serani Siegel və Maria Qoldman ilə görüşüb.

06 oktyabr 2021    16:26
262

Milli Məclisdə görüş

Oktyabrın 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Media Başqanı Ali Rza Yıldızı və onun yardımçısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başqanı Gökhan Balcını qəbul edib.

04 oktyabr 2021    18:23
222

QDİƏT Parlament Məclisinin komitə iclasında

Oktyabrın 4-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Hüquqi və siyasi məsələlər komitəsinin onlayn formatda 58-ci iclası keçirilib.

04 oktyabr 2021    17:36

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.