Ana səhifə  /  XƏBƏRLƏR
1010

Milli Məclisdə postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

21 sentyabr 2021    14:12
348

TÜRKPA komissiyalarının iclaslarında

Sentyabrın 20-də TÜRKPA-nın 10-cu plenar iclası ərəfəsində qurumun 4 komissiyası onlayn iclaslarını keçiriblər.
Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov komissiyanın altıncı iclasını açaraq bildirib ki, koronavirusun təsir etdiyi ən önəmli sahələrdən olan ətraf mühitlə bağlı məsələlər TÜRKPA ölkələrində diqqətdə saxlanılır.

20 sentyabr 2021    17:42
671

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.
İclası acan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib.

16 sentyabr 2021    14:38
771

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci il payız sessiyasında ilk iclası keçirilib. Onlayn formatda keçirilən iclasda komitə sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən danışıb.

15 sentyabr 2021    15:54
507

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili müzakirəyə əvvəlcə 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabatı təqdim edib.

15 sentyabr 2021    15:49
297

Rusiyada Dövlət Dumasına seçkilər keçiriləcək

Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün sentyabrın 16-dan 20-nə kimi Moskvada səfərdə olacaq.

14 sentyabr 2021    12:07
705

Səhiyyə komitəsinin iclasında

Sentyabrın 13-də Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib.Komitənin sədri Əhliman Əmiraslanovun apardığı iclasda ilk olaraq Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat müzakirə olunub. Komitə sədri bildirib ki, hesabat müddətində komitənin 13 iclası keçirilib, həmin iclaslarda 24 məsələyə baxılıb və oxunuşlardan keçən 12 qanun layihəsinin hamısı Milli Məclisin plenar iclasında qəbul edilib.

13 sentyabr 2021    15:31
445

Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə inkişaf edir

Sentyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri ölkəmizə səfərə gələn Qazaxıstan Respublikası Parlament Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

10 sentyabr 2021    19:17
524

Milli Məclisdə görüş

Sentyabrın 10-da Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspanla görüşüb.

10 sentyabr 2021    19:04
635

Əmək və sosial siyasət komitəsinin iclasında

Sentyabrın 10-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev gündəliyin birinci məsələsi olan 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatını təqdim edib.

10 sentyabr 2021    16:32

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.