Ana səhifə  /  XƏBƏRLƏR
279

MDB PA-nın tədbirlərində

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqda səfərdə olub. Nümayəndə heyətimizin üzvləri burada sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər.

17 aprel 2021    14:49
2101

Milli Məclisin Sədri beynəlxalq konfransda çıxış edib - VİDEO

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.

17 aprel 2021    14:34
309

Milli Məclisdə Fransa səfiri ilə görüş olub

Aprelin 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

16 aprel 2021    18:38
656

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Aprelin 16-da Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Milli Məclisin Sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.

16 aprel 2021    17:23
396

Milli Məclisin Sədri Sahibə Qafarova Moldova parlamentinin spikeri ilə görüşüb

Aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Moldova Parlamentinin Sədri Zinaida Qreçanıy ilə görüşüb. Parlamentin Sədri moldovalı həmkarını salamlayaraq qeyd edib ki, bu görüş ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir. O deyib ki, MDB PA çərçivəsində qarşılıqlı fəaliyyətimiz Azərbaycan və Moldovanın qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir. Qeyd olunub ki, bu gün Azərbaycanın və Moldovanın ali qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına öz töhfəsini verir.

16 aprel 2021    16:44
264

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

16 aprel 2021    13:43
449

Milli Məclisin sədri Sahibə Qafarova: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”

Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdə söyləyib.
Söhbətdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.

15 aprel 2021    19:10
732

Komitələrin birgə iclasında

Aprelin 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

15 aprel 2021    17:40
520

Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Parlamentinin Sədri ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir. Səfər çərçivəsində aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) Sədri Talant Mamıtovla görüşüb.

15 aprel 2021    16:34
364

Azərbaycan və Çexiya parlament dostluq qruplarının onlayn görüşü olub

Aprelin 14-də Azərbaycan və Çexiya qanunvericilik orqanlarında mövcud olan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn formatda görüşü baş tutub. Görüşdə Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev çexiyalı deputatlara keçən ilin noyabrında Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsi və bugünkü vəziyyət barədə məlumat verib.

14 aprel 2021    14:35
500

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək. Nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

14 aprel 2021    09:29
1367

Milli Məclisin plenar iclasında

Aprelin 13-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb.

13 aprel 2021    17:21
437

Parlamentlərarası əlaqələr genişlənir

Aprelin 12-də Milli Məclisin Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə Avstriya parlamentinin Avstriya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib.

12 aprel 2021    17:45
667

İtaliya nümayəndə heyəti Milli Məclisdə

Aprelin 12-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

12 aprel 2021    17:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.