Ana səhifə  /  XƏBƏRLƏR
1871

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

27 sentyabr 2025    12:34
1625

Milli Məclisdə görüş

Sentyabrın 26-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov ilə Keniya Senatının üzvləri arasında videokonfrans formatında tanışlıq görüşü keçirilib.

26 sentyabr 2025    18:52
588

Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 26-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Anar İsgəndərov iclası açaraq, 27 sentyabr gününün Azərbaycan xalqının taleyində əhəmiyyətini qeyd edib. Ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı qələbənin tarixi önəm daşıdığını bildirib.

26 sentyabr 2025    15:47
1858

Milli Məclisdə görüş

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb.

26 sentyabr 2025    12:56
2180

Çilili parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Ölkəmizdə səfərdə olan Çili Respublikası Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan və Senatın İqtisadiyyat daimi komitəsinin sədri Roxo Edvards sentyabrın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

26 sentyabr 2025    12:19
2263

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.

26 sentyabr 2025    11:24
2325

Milli Məclisdə görüş

Sentyabrın 25-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

25 sentyabr 2025    17:47
2119

Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə iclasında

Sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclası keçiriləcək.

25 sentyabr 2025    15:37
2114

Serbiya Milli Assambleyasının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

24 sentyabr 2025    15:03
2116

Beynəlxalq Astronavtika Federasiyasının tədbirlərində

Milli Məclisin deputatı Vüqar Bayramov Beynəlxalq Astronavtika Federasiyasına üzv ölkələrin nazirlərinin və parlament üzvlərinin toplantısında, həmçinin Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün sentyabrın 25-də Avstraliyanın Sidney şəhərinə səfər edəcək.

24 sentyabr 2025    09:09
530

Milli Məclisin sədri Sahibə Qafarova Laos Xalq Demokratik Respublikasının Baş prokuroru ilə görüşüb

Sentyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarova “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 sentyabr 2025    18:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.