Ana səhifə  /  XƏBƏRLƏR
212

Gənc Parlamentarilərin Forumunda

Mayın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Gənc Parlamentarilərin Forumu çərçivəsində gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş diskussiya panelləri keçirilib.

Hibrid formatda keçirilən diskussiya panellərində Milli Məclisin deputatları Emin Hacıyev (MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru), Nigar Arpadarai və Könül Nurullayeva iştirak ediblər, müzakirə olunan mövzularla bağlı fikirlərini səsləndiriblər.

18 may 2022    17:49
619

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb. Parlamentin sədri qonağın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirakını yüksək dəyərləndirib.

17 may 2022    21:09
404

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

17 may 2022    17:39
255

İƏT PA-nın komitələrində

Mayın 17-də Azərbaycanın evsahibliyi ilə Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) komitə iclasları keçirilib.

17 may 2022    17:24
254

Azərbaycan və Qazaxıstan vitse-spikerləri arasında görüş keçirilib

Mayın 16-da Milli Məclis sədrinin müavini, Qazaxıstanla Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlament Məclisi sədrinin müavini, Azərbaycanla parlament dostluq qrupunun rəhbəri Balaim Kesebayeva ilə görüşüb.

16 may 2022    20:20
400

Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb. Qonağı səmimiyyətlə salamlayan spiker, bu il Azərbaycanın təşkilata üzvlüyünün 30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində tərəflər arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.

16 may 2022    20:06
479

Milli Məclisin sədri Sahibə Qafarova İƏTPA-nın Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşüb.

16 may 2022    17:10
543

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

Mayın 16-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

16 may 2022    16:47

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.