Ana səhifə  /  XƏBƏRLƏR
87

İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri arasında görüş keçirilib.

29 aprel 2025    15:54
87

Mill Məclisdə görüş

Aprelin 29-da Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov İtaliya parlamentinin Parlamentlərarası İttifaq yanında Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.

29 aprel 2025    15:40
209

Əmək və sosial siyasət komitəsinin iclasında

Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

29 aprel 2025    14:45
78

QDİƏT PM-nin komitə iclası

Milli Məclisin deputatı Kamran Bayramov aprelin 28-də Şimali Makedoniyanın Skopye şəhərinə səfər edəcək.

25 aprel 2025    17:57
737

Səhiyyə komitəsinin iclasında

Aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib.

25 aprel 2025    17:16
66

Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Milli Məclisin deputatları - Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər.

25 aprel 2025    13:18
252

Milli Məclisdə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda elmi-praktik konfrans keçirilib

Aprelin 24-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr edilən elmi-praktik konfrans keçirilib. Konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tədbiri açaraq iştirakçıları salamlayıb və tədbirin keçirilməsi üçün lazımi şərait yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.

24 aprel 2025    18:10
221

Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirə və eyni adlı xüsusi araşdırma sənədinin təqdimatı keçirilib

Aprelin 24-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, media və beyin mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, ekspertlər və digər rəsmi şəxslər iştirak ediblər.

24 aprel 2025    16:36
419

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Aprelin 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov “ İstilik təchizatı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

23 aprel 2025    18:18

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.