Ana səhifə  /  XƏBƏRLƏR
264

Aqrar siyasət komitəsinin iclasında

İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib.

11 iyun 2024    15:23
186

Milli Məclisdə görüş

İyunun 11-də parlamentin Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev Albaniya Respublikası parlamentinin üzvləri Eduard Şalsi və Arben Pellumbi ilə görüşüb.

11 iyun 2024    15:15
169

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Məlahət İbrahimqızı iyunun 9-da Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək.

08 iyun 2024    10:58
682

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında

İyunun 7-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin spikeri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

07 iyun 2024    18:14
500

Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanıb

Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol Xəritəsi") imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

07 iyun 2024    10:43
275

TÜRKPA-nın 13-cü Plenar iclasında

İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası keçirilib. İclas “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunub. İclası açan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova qardaş türk dövlətlərinin parlament sədrlərini, bütün nümayəndə heyətlərini salamlayaraq iclas çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

06 iyun 2024    19:41
175

TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar İclası çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və nümayəndə heyətlərinin üzvləri iyunun 6-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

06 iyun 2024    14:28

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.