Ana səhifə  /  XƏBƏRLƏR
514

Milli Məclisin plenar iclasında

Martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın əvvəlində spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.

29 mart 2024    17:44
184

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxış edib

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda çıxış edib.

24 mart 2024    17:50
53

Milli Məclisdə görüş

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Briqam Yanq Universitetinin bir qrup tələbəsi ilə görüşüb.

19 mart 2024    16:08
61

Milli Məclisin deputatı Avstriyada səfərdə olacaq

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi əlaqələr, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev martın 17-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

16 mart 2024    12:23
74

Milli Məclisin deputatları Avronest PA-nın 11-ci sessiyasında iştirak edəcəklər

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov, Nurlan Həsənov, Kəmaləddin Qafarov və Razi Nurullayev bu təşkilatın 11-ci plenar sessiyasında iştirak etmək üçün martın 18-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.

15 mart 2024    12:31
200

Səhiyyə komitəsinin iclasında

Martın 14-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

14 mart 2024    16:55

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.