Ana səhifə  /  XƏBƏRLƏR
1358

Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib

Martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfrans keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və nümayəndələri, Milli Məclisin 80-dək deputatı iştirak ediblər.

10 mart 2021    19:20
1086

Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Martın 10-da Milli Məclisin Sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşüb. Sədr qonağı səmimi salamlayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında yaranan diplomatik münasibətlərin əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini bildirib...

10 mart 2021    17:20
518

Milli Məclisdə TBMM-in nümayəndə heyəti ilə görüş olub

Martın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

10 mart 2021    15:06
369

Asiya Parlament Assambleyasının onlayn konfransı keçirilib

Martın 9-da Asiya Parlament Assambleyasının “Qadınlar və ailə əsaslı iqtisadiyyat” mövzusunda onlayn konfransı keçirilib. Tədbirə Azərbaycandan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, komitə üzvləri Nigar Arpadarai və Pərvin Kərimzadə qatılıblar.

09 mart 2021    17:18
1434

Milli Məclisin iclasında

Martın 9-da Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

09 mart 2021    16:03
388

MDB PA-nın komissiya iclaslarında

Martın 4-də MDB Parlamentlərarası Assambleyasının Elm və təhsil üzrə, həmçinin Nəzarət-büdcə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib.

04 mart 2021    18:32
1022

Milli Məclisdə gender bərabərliyinə dair dinləmə keçirilib

Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

04 mart 2021    17:25
402

Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız inkişaf edir

Martın 2-də Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb.

02 mart 2021    18:16
253

Litva Seyminin deputatları Xocalı soyqırımını pisləyiblər

Xəbər verildiyi kimi, fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları arasında videokonfrans formatında görüşü keçirilib. Görüşdə Xocalı qoyqırımının 29-cu ildönümü münasibəti ilə fikir mübadiləsi aparılıb. Litva Seyminin rəsmi veb-saytında həmin görüş barədə ətraflı məlumat verilib.

26 fevral 2021    18:27

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.