Parlamentdə YAP-ın ilk ərazi təşkilatının tədbiri keçirilib
Yanvarın 11-də Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə 2 saylı İlk Ərazi Təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib.
Deputatlarımız Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün yanvarın 7-də ölkənin paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Deputatlarımız Qırğızıstanda prezident seçkilərini müşahidə edəcəklər
Milli Məclisin deputatları Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yanvarın 8-də ölkənin paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.
Milli Məclisin payız sessiyası başa çatıb
Dekabrın 30-da Milli Məclisin cari ildə sonuncu plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün 7 məsələ müzakirə olunacaq. Qeyd edilib ki, gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda təqdim olunan qanun layihələridir. Birinci və ikinci məsələlər mahiyyətcə bir-birinə bağlıdır. Birinci məsələ “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir, ikinci məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.
2021-ci ilin büdcə zərfinə daxil olan qanunlar Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu
Dekabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasda baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda qəbul edilib
Dekabrın 28-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.
Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul olundu
Dekabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, dünənki iclasda biz gündəliyin birinci məsələsini, yəni "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə başladıq. İndisi isə həmin müzakirələri davam etdirəcəyik. Spiker nəzərə çatdırıb ki, büdcə zərfinə daxil olan qanun layihələri ardıcıl surətdə müzakirə edilərək, axırda hamısı sıra ilə səsə qoyulacaq.
Komitələrin birgə iclasında
Dekabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsinin birinci oxunuşda müzakirəsinə başlandı
Dekabrın 24-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq iclasda iştirak edən Baş naziri, hökumət üzvlərini və deputatları salamlayaraq bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür.
2021-ci ilin büdcə zərfi 7 komitənin birgə iclasında müzakirə olunub
Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.
Milli Məclisin komitələrində 2021-ci ilin dövlət büdcəsinin müzakirələrinə başlandı
Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Qanun layihələri birinci oxunuşda müzakirə olunacaqdır.
Milli Məclis komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər müzakirə edilib
Dekabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib.
KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2021-ci İLİN BÜDCƏSİ MÜZAKİRƏ OLUNUB
Dekabrın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Regional məsələlər komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.
Milli Məclisin iclasında
Dekabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Öncə 5 məsələdən ibarət gündəlik təsdiqlənib.
“Statusla bağlı məsələ artıq öz aktuallığını itirib” – Millət vəkili Cavanşir Feyziyev
Bu gün Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa Parlamenti arasında canlı bağlantı olub. Video-formatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand və PƏK-nin Milli Məclis tərəfindən həmsədri, millət vəkili Cavanşir Feyziyev iştirak edib. Görüşün mövzusu hərbi əməliyyatlar başa çatdıqdan sonra münaqişə bölgəsindəki vəziyyət və Ai ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı olub.
Ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib
Dekabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib.
Milli Məclisin plenar iclasında
Dekabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, gündəliyə 16 məsələ daxil edilib.
MDB PA-da “GƏNCLƏR NASİZMİN QƏHRƏMANLAŞDIRILMASINA QARŞI” MÖVZUSUNDA VİDEOKONFRANS KEÇİRİLİB
Dekabrın 18-də MDB Parlamentlərarası Assambleyasında “Gənclər nasizmin qəhrəmanlaşdırılmasına qarşı” mövzusunda videokonfrans keçirilib. Azərbaycan Milli Məclisinin qurumdakı nümayəndə heyətinin üzvləri – MDB PA-da Hüquqi məsələlər üzrə daimi komissiyanın sədr müavini Əminə Ağazadə və deputat Kamran Bayramov onlayn formatda keçirilən tədbirə qoşulublar.
Milli Məclisin plenar iclasında
Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, gündəliyə 13 məsələ daxil edilib.
Regional məsələlər komitəsinin onlayn iclasında
Dekabrın 14-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib.