Ana səhifə  /  XƏBƏRLƏR
638

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 7 məsələ daxil edilib və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir.

30 iyun 2020    01:06
178

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 19-da Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Senatında ölkəmizlə dostluq qrupunun əlaqələndiricisi cənab Məhəmməd Talha Mahmud ilə video görüş keçirdi.

19 iyun 2020    08:06
159

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun18-də Milli Məclisdə Sloveniya ilə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin Sloveniyanın ölkəmizlə dostluq qrupunun rəhbəri cənab Matyaz Nemek ilə video-konfrans formatında görüşü keçirildi.Görüşdə Ağalar Vəliyev iki ölkə arasındakı dostluq münasibətlərini məmnunluqla qeyd etdi.

18 iyun 2020    03:06
158

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 17-də Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi ilə video görüş keçirdi.

17 iyun 2020    05:06
169

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 11-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüş keçirildi.Qrupun rəhbəri Arzu Nağıyev qonaqları salamlayaraq, bildirdi ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O, Gürcüstanla siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini söylədi. Millət vəkili ölkələrimiz arasında olan tarixi dostluq münasibətindən danışdı. Strateji tərəfdaşlıq məsələlərinə toxunaraq bildirdi ki, mövcud birgə layihələr nəticəsində iki ölkə arasındaki münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

11 iyun 2020    03:06
172

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 10-da Milli Məclisin Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli ilə Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatası və Senatının Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının rəhbərləri arasında videokonfrans formatında görüş keçirildi.

10 iyun 2020    07:06
172

AZƏRBAYCAN–TÜRKİYƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR ÜZRƏ İŞÇİ QRUPUNDA ONLAYN VİDEOKONFRANS KEÇİRİLDİ

İyunun 10-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçirdilər.Videokonfransı Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, akademik Əhliman Əmiraslanov açdı. Öncə Azərbaycan Milli Məclisinin Sədri xanım Sahibə Qafarovanın salamlarını Türkiyənin millət vəkillərinə çatdırdı. Bildirdi ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.

10 iyun 2020    05:06
171

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 4-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısının müavini Emanuela Bertinqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

04 iyun 2020    06:06
180

ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclasında

İyun ayının 3-də ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun "Post-COVID dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?" mövzusunda onlayn iclası keçirilib.

04 iyun 2020    03:06
159

Milli Məclisin mətbuat xidmətinin məlumatı

Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmışdır ki, guya Milli Məclis Aparatının İşlər müdirinin xidmətində yeni Tikinti-təmir şöbəsi yaradılmışdır. İddia edilir ki, hətta şöbənin rəhbərliyinə təyinat da olub. Bu məsələ ilə əlaqədar bildiririk ki, belə bir şöbənin “yeni” yaranması ilə bağlı fikirlər tamamilə yanlışdır, həqiqətə uyğun deyil.

24 aprel 2020    11:04
244

Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər

Məlum olduğu kimi, hazırkı dövrdə hamımız üçün beynəlxalq əlaqələrin həyata keçirilməsi o qədər də asan deyil. Çünki dünyada baş verən hadisələr, xüsusilə koronavirus pandemiyası ilə əlaqədar həyat tərzimizin dəyişməsi tamamilə yeni reallıqların gündəmə gətirilməsini şərtləndirib. Bu nöqteyi-nəzərdən, beynəlxalq təşkilatlar da kənarda qalmayıb. Bildiyiniz kimi, beynəlxalq təşkilatların bir qismi artıq fəaliyyətlərini tam, bəziləri isə qismən dayandırıb. Beynəlxalq təşkilatlarda işin nə vaxt normal şəkildə bərpa olunacağı hələ bilinmir. Ancaq buna baxmayaraq, bizim üçün Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi, xüsusilə də xarici siyasətin aparılması prinsipləri ilə bağlı fikirləri əsasdır.

04 aprel 2020    02:04
153

Azərbaycan Respublikası Milli Məclisi Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşmışdır.

02 aprel 2020    04:04
148

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılmışdır

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə Milli Məclis Sədrinin 2020-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq, 2020-ci il martın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılmışdır.

24 mart 2020    11:03
171

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Milli Məclisin Mətbuat xidməti bildirir ki, martın 18-də Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında Sərəncam imzalamışdır.Sərəncamda aşağıdakı məsələlər öz əksini tapmışdır:

18 mart 2020    04:03
154

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Milli Məclisin Mətbuat xidməti bildirir ki, deputat Sahibə Qafarovanın VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi münasibəti ilə parlamentin ünvanına çoxsaylı təbriklər daxil olmaqdadır. Bu münasibətlə Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rik Daems martın 11-də Spikerin adına təbrik məktubu göndərmişdir. Məktubda deyilir:

12 mart 2020    06:03
146

QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

29 fevral 2020    12:02
171

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq. * * * Milli Məclisin deputatı Naqif Həmzəyev Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.

19 fevral 2020    03:02
150

ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI KEÇİRİLƏCƏK

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqdır.

18 fevral 2020    11:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.