Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə müzakirə olunub
Fevralın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Onlayn formatda keçirilən iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib.
Regional məsələlər komitəsinin iclasında
Fevralın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, iclasın gündəliyinə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Fevralın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli deputatları yeni sessiyasının başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Əmək və sosial siyasət komitəsinin iclasında
Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev deputatlara qarşıdan gələn sessiyada uğurlar arzulayaraq iclasın gündəliyi barədə məlumat verib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 25-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Yanvarın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəliyə payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bir qanun layihəsinin daxil edildiyini deyib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Yanvarın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin parlamentin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitənin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.
Mədəniyyət komitəsinin iclasında
Yanvarın 24-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Videokonfrans formatında keçirilən iclası açan komitə sədrinin müavini Fazil Mustafa gündəlik barədə məlumat verib.
Gənclər və idman komitəsində
Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. Onlayn iclasda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öncə yaz sessiyasının başlanması münasibəti ilə həmkarlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Yaz sessiyasında İnsan hüquqları komitəsinin ilk iclası keçirilib
Yanvarın 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. Onlayn formatda keçirilən iclası açan komitənin sədri Zahid Oruc deputatlara qarşıdan gələn sessiyada uğurlar diləyib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Yanvarın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
Yanvarın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.
Aqrar siyasət komitəsinin iclasında
Yanvarın 21-də Milli Məclisin Aqrar siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 19-da Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Regional məsələlər komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Siyavuş Novruzov 2021-ci ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib.
Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edib və onlara yaz sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb.

Komitələrin birgə iclasında “Media haqqında” qanun layihəsi videokonfrans formatında üçüncü oxunuşda müzakirə olunub
Dekabrın 29-da Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.
Milli Məclisin komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Dekabrın 28-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşdan sonra geniş ictimai müzakirəsi keçirilib.

“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə olunub
Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası olub.
İclasda “Turizm haqqında” qanun layihəsinin üçüncü oxunuşda geniş şəkildə müzakirəsi keçirilib.