Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
426

Milli Məclisin sədri Sahibə Qafarova Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.

02 aprel 2023    15:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.