Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
613

Milli Məclisin sədri Sahibə Qafarova Polşa parlamentinin nümayəndə heyəti ilə görüşüb

İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüb.

Milli Məclisin sədri Polşa nümayəndə heyətini salamlayaraq, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib. Diqqətə çatdırıb ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu və bu illər ərzində əlaqələrimiz böyük inkişaf yolu keçib. Spiker ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin kökləri və münasibətlərimizin tarixi barədə danışıb.

03 iyun 2022    17:23
728

Milli Məclisin sədri “TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə görüşüb

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova “TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə görüşüb. Parlamentin sədri qonaqları salamlayaraq, ümidvar olduğunu bildirib ki, Milli Məclisdə təşkil edilmiş tədbirdə faydalı müzakirələr aparılacaq, tədbir uğurla başa çatacaq.

25 may 2022    19:27
664

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb. Parlamentin sədri qonağın Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirakını yüksək dəyərləndirib.

17 may 2022    21:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.